Elçin Mirzəbəyli: "Vitse-prezidentlik institutunun gerçəkləşməsi artıq zərurətdir" RƏY
"Vitse-prezidentlik institunun yaradılması ilk növbədə Azərbaycanda prezident tərəfindən keçirilməsi nəzərdə tutulan genişmiqyaslı islahatların aparılması ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, islahatların çevik və dinamik şəkildə həyata keçirilməsi üçün daha çevik, daha mütəşşəkil, dinamik hərəkət etməyi bacaran, müasir dövrlə ayaqlaşan, dünyada baş verən iqtisadi prosesləri dərindən izləyən və qiymətləndirən bir aparatın formalaşmasına ehtiyac var: "Şübhəsiz ki, bu baxımdan vitse-prezidentlik institutunun gerçəkləşməsi qeyd edilən istiqamətdə islahatların aparılmasına geniş təkan verəcək. Nazirlər Kabinetinin fəaliyyəti prinsip etibarilə göz önündə idi. Mütamadi olaraq cənab Prezident keçirdiyi müşavirələrdə Kabinetin fəaliyyəti ilə bağlı öz fikirlərini bildirib və hər dəfə Azərbaycanın yeni istiqamətlərini, hədəflərini nişan verib. Proqram xarakterli istiqamətlər göstərib. Təəssüflər olsun ki, bu istiqamətlər tam şəkildə həyata keçməyib. Bəzi hallarda isə hansısa süni maneələrin yaradıldığının bu prosesdə şahidi olmuşuq. Qənaətimə görə, vitse-prezidentlik institutnun bu baxımdan gerçəkləşməsi artıq zərurətdir. Bu, bilavasitə ölkə başçısının həyata keçirdiyi islahatlarla əlaqədardır. Digər tərəfdən, regionda və dünyada baş verən proseslərlə bağlıdır. Çünki baş verən indiki proseslərə çevik reaksiya olmadan, dinamik şəkildə situasiyaya, yaranmış fors-major hallarına uyğun addımlar atmadan islahtların gerçəkləşməsi və ölkənin iqtisadi inkişafının bundan sonra da daha geniş şəkildə vüsət alması mümkün deyil. Ona görə də Konstitusiyaya edilən dəyişiklər sadəcə müəyyən müddəaların əlavə edilib, dəyişdirilməsi yox, həm də konseptual bir yanaşmadır, Azərbaycanın gələcəyi ilə bağlı olan bir strategiyadır. Bu strategiaynın həyata keçməsi nəticəsində Azərbaycan özünün hədəflərinə doğru daha surətlə və inamla addımlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB