Erməni polisi dövlət büdcəsini necə talayır?

“Aykakan Jamanak” yazır
Erməni polisi dövlət büdcəsini necə talayır?

Ermənistanda dərc edilən "Aykakan Jamanak" qəzeti polis əməkdaşlarının dövlət büdcəsini necə talamasından yazıb. SİA-nın məlumatına görə, adıçəkilən nəşr yazır ki, polis dövlət hesabına İrəvan-Moskva-İrəvan təyyarə reysi üzrə 4 ekonom-klas bilet alıb. Lakin biletlərin qiyməti barədə heç nə qeyd edilməyib..

"Maraqlıdır ki, polis əməkdaşları əldə edilən biletləri iki hissəyə - 3 bileti ayrı, 1 bileti isə ayrı olaraq bölüb. Biletlərin ümumi qiymətindən belə ehtimal etmək mümkündür ki, onların hər biri 324 min dram dəyərində qiymətləndirilib. Eləcə də istisna edilmir ki, hər üç bilet ucuz qiymətə əldə olunub və həmin 1 bilet isə kifayət qədər baha qiymətə satılıb. Dövlət hesabına əldə edilən aviabiletlər məhz bu cür fırıldaqlarla alınır", - deyə "Aykakan Jamanak" yazır.

Mətbu orqan yazır ki, hətta ekonom-klassa satılan biletin qiyməti 343 min dram dəyərinndədirsə, bu yenə də kifayət qədər baha hesab olunur: "Biz 5-8 avqust tarixlərində sözügedən istiqamətdə biletlərin neçəyə satılmasını araşdırdıq. Bəlli oldu ki, İrəvan-Moskva-İrəvan reysi üzrə ekonom klass biletlərinin qiyməti 2-3 dəfə ucuz – 115-145 drama satılır. Lakin eyni biletlərin polis əməkdaşları tərəfindən nəyə görə baha qiymətə əldə edilməsi barədə düşüncələrdən müəyyən nəticələrə gəlmək olar. Mümükündür ki, hüquq-müdafiə orqanları bu addımlarını aviabilet realizə edən satış agentlikləri ilə razılaşdırıb dövlət büdcəsini talayırlar".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə