Türkiyənin Konya şəhərində Suriya vətəndaşı olan 15 yaşında uşaq yol kənarında əlləri və gözləri bağlı halda tapılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə yerinə polis əməkdaşları gəlib.
Əlləri və gözlərindəki bez parçalarından azad olunan İbrahimin bədənində hər hansı bir yara və ya da zorakılıq halları aşkar olunmayıb.
İbrahim polisə verdiyi ifadədə bir avtomobilə mindirildiyini, əlləri və gözü bağlı halda gəzdirildiyini, sonra isə hansısa əraziyə qoyulduğunu söyləyib.
Polis şübhəlilərin tapılması üçün işə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB