Üzeyir Cəfərov: "İrəvanda baş verənlər apreldəki etirazın davamıdır" MÖVQE

Üzeyir Cəfərov: "İrəvanda baş verənlər apreldəki etirazın davamıdır" MÖVQE

"İrəvanda baş verənlərdə müəyyən qədər Dağlıq Qarabağ faktoru olsa da, onu tamamilə münaqişənin həlli ilə bağlamaq düzgün deyil". Bu fikirləri SİA-ya açıqlamasında müstəqil hərbi-ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, aprelin əvvəllərində cəbhədə baş verənlərin fonunda İrəvanda, ətraf rayon və şəhərlərdə başlayan narazılıqlar indi də bu şəkildə davam edir: Bundan başqa Ermənistanda baş verənlər əksinə Dağlıq Qarabağ münaqişəsinin həllini əngəlləmək üçün bu Rusiya-Ermənistan rəhbərliyinin əvvəlcədən razılaşdırdığı növbəti razılaşdırılmış və planlaşdırılmış bir oyun da ola bilər. Bu baxımdan Ermənistandakı qarışıqlığın Dağlıq Qarabağ məsələsinin müsbətə doğru dəyişməyə hər hansı təsirinin olacağı fikrindən də çox uzağam. Çünki, Ermənistan və onun havadarları hələ də münaqişənin həllini uzatmağa çalışırlar. Onlar bilir ki, Azərbaycanın ərazi bütövlüyünün təmini, faktiki olaraq Ermənistan siyasi-hərbi rəhbərliyinin hakimiyyət ömrünün sonu deməkdir".

Hərbi-ekspert əlavə edib ki, nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməsə, torpaqlarımız Azərbaycan Silahlı Qüvvələrinin gücü və qüdrəti hesabına geri qaytarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə