Oqtay Əsədov Zahid Orucla bağlı tapşırıq verdi "Ölçü götürülsün"

Oqtay Əsədov Zahid Orucla bağlı tapşırıq verdi "Ölçü götürülsün"

Spiker Oqtay Əsədov millət vəkili Zahid Orucla bağlı məsələyə baxılması üçün Milli Məclisin İntizam Komissiyasının sədrinə tapşırıq verib. SİA-nın xəbərinə görə, Spiker komissiyanın sədri Ağacan Abiyevə millət vəkili Zahid Orucun Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.

Xatırladaq ki, bu gün Milli Məclisin növbədənkənar son plenar iclasında spikerlə deputat arasında qarşıdurma yaranıb. Spiker Oqtay Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı Z. Orucun mövzuya uyğun danışmadığını bildirib. Zahid Oruc iradə qəbul etməyərək spikerə cavab qaytarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə