“Multukulturalizm uşaqların gözü ilə”

“Multukulturalizm uşaqların gözü ilə”

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Texniki Yaradacılıq Mərkəzi, Xətai rayon icra hakimiyyəti, Xətai rayon Yeni Azərbaycan Partiyası, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin təşkilatçılığı ilə "Multukulturalizm uşaqların gözü ilə" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət və onlar arasında mədəni körpünün yaradılmasıdır.

Əvvəlcə qonaqlar Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin 20 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işlərinə və müxtəlif millətlərin milli geyimləri ilə yaxından tanış olublar.

Daha sonra tədbir YAP-ın Xətai rayon təşkilatının akt zalında davam etdirilib.

Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək deyib ki, Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir: "Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multukulturalizm ili" elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var".

Şuşa rayon icra hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov isə diqqətə çatdırıb ki, bu cür tədbirlərinin keçirilməsi ölkəmizin, xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir: "Mədəniyyətin özü də bu dəyərlərə daxildir. Azərbaycanın musiqisi, muğamı bütün dünyada təbliğ olunur. Ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən bu istiqamətdə mühüm işlər görülür".

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları, səfirliklərdən nümayəndələr, Təhsil Nazirliyinin, YAP-ın nümayəndələri, Xətai rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, Şuşa rayon icra hakimiyyətinin başçısı, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin müdiri və nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə