“Prezidentin sammitdəki çıxışı Ermənistana xəbərdarlıq idi” AÇIQLAMA

“Prezidentin sammitdəki çıxışı Ermənistana xəbərdarlıq idi” AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevin yaranmış şəraitdən istifadə edərək Dağlıq Qarabağ həqiqətlərini, Ermənistanın riyakar və işğalçı siyasətini, onların dünya birliyini və beynəlxalq təşkilatları aldatması, əslində qadağan olunmuş silahlardan, eləcə də mülki əhaliyə qarşı zor tətbiq etməsi kimi cinayətlərinin İstanbulda keçirilən Sammit iştirakçılarına çatdırması qürurvericidir". Bu fikirləri SİA-ya millət vəkili Çingiz Qənizadə Azərbaycan Prezidentinin ötən gün İstanbulda Dünya Humanitar Sammitində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti iştirak etdiyi bütün tədbirlərdə Azərbaycanın milli maraqlarına uyğun çıxış edərək, hər kəsin ürəyindən keçən məqamları qabartmaqla ölkəmizin mövqeyini geniş şəkildə ifadə edir: "İstanbulda səslənən sərt ifadələr də, Ermənistana, eləcə də onun havadarlarına xəbərdarlıq məqsədi daşıyırdı. Belə ki, aprelin əvvəllərində Azərbaycan ordusu tərəfindən 2000 hektardan çox ərazinin işğaldan azad edilməsi onu göstərir ki, Azərbaycan istədiyi halda daha çox öz ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Amma biz hələlik müharibə deyil, sülh yoluna önəm veririk. Lazım gəldikdə də sübut edirik ki, bizim gücümüz var və bundan istifadə etməklə, əsgərlərimizin həyatı bahasına da olsa, torpaqlarımızı düşməndən geri almağa qadirik. Prezident İlham Əliyevin ötən gün İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı bir daha imkan və vaxt verir ki, düşmən tərəfi düşünüb beynəlxalq hüquq normalarına hörmət edərək, işğal etdiyi ərazilərdən geri çəkilsin. Bundan başqa, Ermənistanın havadarlarına bir daha xəbərdarlıq olunur ki, gələn dəfə hərbi əməliyyatı 3 gün deyil, lazım gəlsə 13, hətta 23 gün davam etməklə torpaqlarımızı işğaldan azad edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə