Mehriban Əliyeva amnistiya aktı ilə bağlı Milli Məclisə müraciət edib
"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov parlamentin bugünki iclasında məlumat verib.
"Millət vəkili Mehriban Əliyeva bu məsələ ilə bağlı artıq 4-cü dəfədir ki, Milli Məclisə müraciət edib. Aparılan təhlillərə əsasən amnistiya aktının təxminən 10 min şəxsə şamil ediləcəyi gözlənilir. O cümlədən 3500 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur"- deyə, vitse-spiker söyləyib.
Qeyd edək ki, amnistiya aktı təşəbbüsü 28 May Müstəqillik günü ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB