"1994-cü ildə atəşkəs rejimi ilə bağlı əldə olunan razılaşmaya ikinci nəfəs vermək lazımdır". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu erməni politoloqu Aqasi Yenokyan keçirdiyi mətbuat konfransında deyib.
Ekspert söyləyib ki, aprelin əvvəllərində cəbhə xəttində baş verənlər yeni sənədin hazırlanmasını tələb edir: "Dağlıq Qarabağın geri qaytarılması ilə bağlı məsələ yenidən danışıqlar masasına qaytarılmalıdır. Bizim başqa yolumuz yoxdur".
Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü məsələnin həllində fürsət ola bilər.
Qeyd edək ki, mayın 12-də ATƏT-in Minsk qrupu bəyanat yararaq bildirib ki, cəbhə xəttindəki gərginlik Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatdığını göstərir.
"Ölkələrimizin xarici işlər nazirləri (ABŞ, Fransa, Rusiya) növbəti görüşün gələn həftə Vyanada keçirilməsinə köməklik etməyə hazırdır" - deyə, bəyanatda qeyd olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB