"Rusiya rəhbərliyinin məsələ ilə bağlı mövqeyi aydındır. Hərbi-texniki əməkdaşlıq (MTC) ilə məşğul olan rəsmilər də məsələ ilə əlaqədar hərtərəfli açıqlamalarını verib". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Rusiyanın Azərbaycana silah satışı ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu sualda ikili və üçlü məntiq axtarmaq lazım deyil. Bilirsiniz ki, Rusiya beynəlxalq hüquq normalarına uyğun hərbi-texniki əməkdaşlıq həyata keçirir. Biz əməkdaşlıqlarımız açıq şəkildə həyata keçirilir. Təkrar edirəm, biz yaranan çətinliyi anlayırıq, real metodlar nəticəsində sakitləşdirici vəziyyət yaratmaq mümkündür. Biz həmin metodlara nələrin aid olduğunu aydın şəkildə bildirmişik. Problem siyasi-diplomatik yolla hər iki tərəfin istəyi nəticəsində, ATƏT-in Minsk qrupunun üzvlərinin iştirakı ilə sülh şəklində həll olunmalıdır. Mənə elə gəlir aprelin əvvəllərində təmas xəttində baş verənlər zamanı da mövqeyimiz açıq şəkildə bildirilmişdi. Hesab edirəm ki, Ermənistanın onu maraqlandıran suala siyasi-diplomatik cavab tapmalıdır. Ermənistan nə etməlidir ki, daha qan tökülməsin? Bunun üçün diplomatiya var. Bunun üçün Vyana görüşü ilə bağlı hazırlıqlar gedir"- deyə, mariya Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu böyükdür: "Rusiya son illər ərzində problemin həlli ilə bağlı bir sıra təkliflər irəli sürüb. Təəssüf ki, bu təkliflər ən son məqamda final mərhələsinə gəlib çata bilməyib. Lakin siz bilməlisiniz ki, prosesin həllini stimullaşdırmaq üçün məhz Rusiya Federasiyası tərəfindən daim təkliflər edilib. Anlayıram ki, media belə mühüm faktorlar zamanı hərbi-texniki əməkdaşlığı nəzərə almadan obyektiv olmalı, lakin belə hallarda onlar faktları rəhbər tutaraq Rusiyanın qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Dərk etməliyik ki, münaqişənin həlli açarı siyasi və diplomatik vasitələrdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB