"Siyasi düşmənçilik mühiti bitsin"
Tural Abbaslı da GETDİ

"Partiya quruculuğu istiqamətində işlərimiz davam edir. Bu günlərdə mən və mənim tərəfdarlarım Müsavat partiyasından rəsmi şəkildə istefa verəcəyik. Bundan sonra artıq AĞ partiyanın qururultaya hazırlıq təşkilat komitəsini təsis edəcəyik". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş divan üzvü, başqanlığa namizəd Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, qurultay üzvlərinin siyahılarının hazırlanması istiqamətində işlər gedir: "Həmçinin qurultayın texniki tərəflərinin bəlli istiqamətində işlərimizi aparırıq. Bu sıradan olan məsələlərdən biri də qurultayın keçiriləcəyi məkanla bağlıdır. Hələlik biz AĞ partiyanın qurultayını keçirmək üçün bir neçə yer müəyyən etmişik. Yaxın vaxtlarda bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edəcəyik. Qurultaya dəvət olunacaq qonaqların da siyahısı üzərində işləyirik. Biz Azərbaycan siyasi səhnəsində fəaliyyət göstərən bütün partiyaların nümayəndələrini dəvət etmək niyyətindəyik. İstəyirik ki, Azərbaycanda artıq siyasi düşmənçilik mühiti bitsin və siyasi rəqabət, siyasi, sivil mübarizə mühiti yaransın".

Bütün xəbərlər Facebook səhifəmizdə