Hafiz Hacıyev: “Azərbaycanı müdafiə etməm bəzi dairələrin xoşuna gəlmir” MÜNASİBƏT

Hafiz Hacıyev: “Azərbaycanı müdafiə etməm bəzi dairələrin xoşuna gəlmir” MÜNASİBƏT

"Mənim "facebook" səhifəmə qarşı olan hücum həm hakerlər, həm də İsa Qəmbər, Arif Hacılı, Qənimət Zahid və digərləri tərəfindən olan bilər". Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

MMP sədri deyib ki, onun Azərbaycan dövlətini müdafiə etməsi bəzi dairələrin xoşuna gəlmir: "Hətta son müsahibəmə belə bəzi dairələr çox böyük narahatçılıq və qısqanclıqla yanaşdılar. Məhz buna görə də onlar "facebook" səhifəmi dağıdıblar. Hələ biz onu əvvəlki vəziyyətinə gətirə bilmirik. Ümumiyyətlə mən cənab Prezident İlham Əliyevin təkbaşına apardığı ədalətli siyasəti həmişə dəstəkləmişəm. Əsas odur ki, adı çəkilən həmin insanların heç biri istəmir ki, Hafiz Hacıyev onlardan öndə getsin. Əlbəttə ki, bunlar məni o qədər də narahat etmir. Hətta bizim düşmənlərimiz də bilsin ki, tezliklə işğal altında olan torpaqlarımız azad olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə