"Səlahiyyət rıçaqlarının MTRŞ-ya verilməsi doğru qərardır" BAŞ REDAKTOR

""Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmana edilən dəyişikliklər media üçün çoxdan gözlənilən idi". Bu fikirləri SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor öncəki illərdə Mətbuat Şurasının adından müvafiq dövlət qurumlarına müraciət etdiklərini bildirib: "Müraciət etmişdik ki, müəyyən hallarda etik prinsipləri pozan kütləvi informasiya vasitələrinin fəaliyyətini dayandırmaq üçün səlahiyyətlər verilsin. Çünki media məkanında gedən prosesləri tam tənzimləmək olmur. Müsbət haldır ki, Prezident İlham Əliyevin Fərmanı ilə Milli Televiziya və Radio Şurasına belə bir səlahiyyət verildi. Xüsusilə də, elektron KİV-lərin fəaliyyətinin tənzimlənməsində MTRŞ-ya səlahiyyətin verilməsi olduqca vacib idi. Ona görə ki, MTRŞ ölkənin efir məkanında dövlət siyasətini həyata keçirən bir qrum idisə, nəzarət funksiyasını təkcə monitorinqlər səviyyəsində etmək mümkünsüz görünürdü. Bu baxımdan da düşünürəm ki, səlahiyyət rçaqlarının MTRŞ-ya verilməsi olduqca doğrudur və indiki şəraitə tam uyğundur. MTRŞ-nın səlahiyyətindən nə qədər səmərəli istifadə edəcəyini isə gələcək göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə