"Ermənistanın etirazları Rusiyanı bezdirib. Rusiya artıq Ermənistana qarşı mövqeyini sərtləşdirir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O qeyd edib ki, Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin son müsahibələrindən birində Ermənistanı təhqir edib: "D.Raqozin müsahibəsində aşağılayıcı formada deyib ki, Ermənistanın qarnı ağrımağa başlayıb. Bu da artıq ermənilərin Rusiyanı bezdirdiyini göstərir. Qeyd edim ki, indiyədək Rusiya Ermənistana 3 milyard dollara qədər pulsuz silah verib və buna davam edir. Ermənistan isə etiraz edir ki, Rusiyanın
Azərbaycana silah satmasına etiraz edir. Azərbaycan təkcə son iki ildə Rusiyaya silahlar üçün 4 milyard dollar pul ödəyib. Amma Ermənistan Rusiyaya bir qara qəpik də ödəmir. Onlar istəyirlər ki, Rusiyanın hesabına ordu qurub başqa dövlətlərin torpaqlarını işğal etsinlər. Ermənistan həddindən artıq həyasızlaşıb".
Politoloq bilidirb ki, ruslar artıq qəzəbləniblər və Ermənistanda hakimiyyəti dəyişmək fikrinə düşüblər: "Həm Rusiya, həm də erməni xalqı Sarkisyandan bezib. Rusiya Ermənistanda hakimiyyət dəyişikliklərində əsas rol oynayan qüvvədir və orada hakimiyyəti dəyişməklə vəziyyəti xeyrinə çevirməyə çalışacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB