Elmar Məmmədyarov Rusiyaya yola düşür

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Rusiyaya yola düşəcək. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda MDB çərçivəsində Xarici İşlər nazirlikləri arasında bir çox sahələrdə məsləhətləşmələrin həyata keçirilməsinə dair 2016-cı ilin planının müzakirə olunması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə