Azərbaycan və Rusiya baş nazirlərinin telefon danışığı oldu

Azərbaycan və Rusiya baş nazirlərinin telefon danışığı oldu

Azərbaycanın baş naziri Artur Rasizadə və Rusiya baş naziri Dmitri Medvedev arasında telefon danışığı olub. SİA-nın xəbərinə görə, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat verib.

Məlumatda bildirilir ki, tərəflər D.Medvedevin Azərbaycana aprelin 8-də baş tutacaq görüşünü müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə görüşlərdə iqtisadi, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu daxil olmaqla geniş spektrdə məsələlərə baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə