İtaliya səfirliyinin KİV-nə press-reliz ünvanlanıb

Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı yaydığı press-reliz İtaliyanın "Notizie Geopolitiche" - http://www.notiziegeopolitiche.net/?p=61984; "Andrade Lab" - http://www.andradelab.it/comunicato-stampa-dellambasciata-della-repubblica-dellazerbaigian-sulla-situazione-nei-territori-occupati-dallarmenia/; "Daily Cases" - http://www.dailycases.it/21698-2/ kimi analitik-informasiya portallarnda yerləşdirilib. SİA-nın xəbərinə görə, məlumatlarda aprel ayının 1-ində 2-sinə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə və obyektlərinə qarşı atəş açıldığı, nəticədə mülki əhali arasında tələfatın olduğu, Azərbaycan silahlı qüvvələrinin mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks hücuma keçdiyi, keçirilən uğurlu hərbi əməliyyatlar zamanı bir neçə yaşayış məntəqəsi və strateji yüksəkliklərin işğalçılarıdan azad edildiyi bildirilir, əməliyyatlar nəticəsində Azərbaycan tərəfindən insan itkiləri və dəymiş maddi ziyan barədə məlumat verilir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bitərəfli qaydada atəşkəs elan etdiyi, Ermənistan silahlı qüvvələri tərəfindən diversiya-təxribat hərəkətlərinə yol verilmədiyi təqdirdə ölkəmizin atəşkəsə sadiq qalacağı bildiril, əks-təqdirdə daha şiddətli əks-hücum əməliyyatlarına başanılacağı vurğulanır.

Məlumatlarada qeyd olunur ki, Ermənistan tərəfinin mülki əhalini hədəf alması beynəlxalq ictimaiyyət tərəfindən sərt qınanılmalıdır.

"BMT TŞ-nin münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bununla belə, Ermənistan bu tələblərə məhəl qoymayaraq, mülki əhalini hədəf alır və vəziyyəti daha da gərginləşdirir", deyə Səfirliyin açıqlamasında qeyd olunur.

Yazılarda vurğulanır ki, Azərbaycan dəfələrlə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli üçün başlıca maneə, habelə təmas xəttində insidentlərin baş verməsi və vəziyyətin gərginləşməsinə səbəb olmasını bildirmişdir. Davamlı sülhə nail olmaq üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır, bu xüsusda beynəlxalq ictimaiyyətin Ermənistana təzyiqi əhəmiyyətlidir.

Məlumatların sonunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə