Rauf Əliyev: “İşğalçı ordu qeyri-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidir” MÜNASİBƏT

"Cəbhə bölgəsində Azərbaycan ordusunun əldə etdiyi qələbələr bir daha sübut edir ki, Azərbaycan ordusu öz torpaqlarını ordumuzun gücü ilə heç kimin köməyi olmadan azad etmək imkanına malikdir. Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları bir daha dünya ictimayyətinə bildirdi ki, Azərbaycan bu konfiliktin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Lakin belə vəziyyət uzun müddət davam edə bilməz". Bunu SİA-ya millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, hazırki vəziyyətdə dünya ictimayyəti Ermənistanı zəbt etdiyi torpaqların qeyri şərtsiz boşaltmasını tələb etməlidir: "BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələri kağız üzərində qalmamlıdır. Avropa Şurası Parlament Assambleyasının sədri Pedra Aqramunt BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq erməniləri işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməyə çağırıb. Ancaq bu çağrışlar yetərli deyil. Artıq dünyanın bütün aparıcı dövlətləri və beynəlxalq qurumları bir mənalı şəkildə Ermənistanın işğalçı siyasətini pisləməlidirlər. Nəhayət Minsk qurupunun üzvü olan dövlətlər Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə məcbur etməlidirlər. Əsas məsələ Ermənistanın zəbt etdiyi torpaqlardan qeyri şərtsiz geri çəkilməsidir".

Deputat əlavə edib ki, Ermənistan tərəfi son döyüşlərdəki məğlubiyyətlərindən nəticə çıxarmalıdır: "Onlar artıq Azərbaycan ordusunun nəyə qadir olduğunu gördülər, artıq işğal olunmuş torpaqların boşaldılmasına başlamaq lazımdır. Beynəlxalq hüquq normalarıda bunu tələb edir. Əks halda son günlər cəbhədə baş verən hadisələr tez-tez baş verəcək və konviliktin həll olunması getdikcə uzanacaq. Bir daha qeyd etmək lazımdır ki, bu münaqişənin müharibə yolu ilə həll etməyə Azərbaycanın kifayyət qədər gücü var və lazım gələrsə o, bu gücündən istifadə edərək öz torpaqlarını azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...