Təbriz Raufoğlu: “31 Mart “Xocalı”ya gedən “yolun” tərkib hissəsidir” MÜNASİBƏT
"1918-ci ilin 31 mart hadisələri ötən yüzillik ərzində ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi ən dəhşətli qətliamlarından biridir". Bunu SİA-ya "Prezident təqaüdçüləri" Gənclər Birliyinin sədri, gənc hüquqşünas Təbriz Raufoğlu "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü"nə münasibət bildirərkən deyib.
O bildirib ki, tarixi faktlar, aparılan araşdırmalar 1918-ci ilin mart faciəsinin Azərbaycanın müxtəlif bölgələrində həyata keçirlən genosid, etnik təmizləmə olduğunu təsdiq edir: "Etnik kökü səbəbiylə hər hansı topluma qarşı reallaşdırılan qətliam isə beynəlxalq hüququn prinsipləri fonunda soyqırım cinayətidir. Hüququn təməl mahiyyəti və mövcud beynəlxalq normalar isə belə cinayətlərə müddət anlayışını belə tətbiq etməyi qadağan edir. Bu o deməkdir ki, üzərindən neçə il keçməsinə baxmayaraq bu əməlləri törədənlər , onların varisləri bilavasitə məsuliyyət daşıyır".
"Bir məsələni də xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, biz xalq olaraq bu hadisələrə hüquqi aspektdən baxmaqla yanaşı, prosesin ideoloji tərəflərini də səhih şəkildə incələyib nəticələr çıxarmalıyıq. Başa düşməliyik ki, 20-ci əsr ərzində dəfələrlə xalqımızın başına gətirlən acı olaylar, belə dəhşətli faciələr ermənilərin bizə qarşı konkret şəkildə ortaya qoyduğu nifrətin, düşmənçilik mövqeyinin göstəricisidir".
"Yaddaşların silinməzliyini, övladlarımızın bu tarixi düşmənçilik niyyətindən məlumatlılığını təmin etməliyik. Biz olmamış, törədilməmiş qondarma ittihamların deyil, rəsmi sənədlərin, tarixi qaynaqların təsdiqlədiyi qətliamların, faciələrin davasını aparırıq. Həmin olayların qurbanlarının haqqının yerdə qalmamasına çalışırıq. Ona görə də bütün adekvat addımları atmaqdan çəkinməməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB