Elman Məmmədov: “Terrorun nə milliyəti, nə də dini yoxdur” AÇIQLAMA
"Ümumiyyətlə terrorun nə milliyəti, nə də dini yoxdur. Terrorun nədən doğması və səbəbləri müxtəlif cür versiyalarla aydınlaşdırılır". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün dünya terrorla bağlı elə bir vəziyyətə gəlib çatıb ki, artıq dünya birliyi siyasi baxışlarından, bir-birinə qarşı olan iddialarından və s. asılı olmayaraq bu məsələdə yekdil mövqe göstərməlidirlər: "Yəni terroru, terrorçunu bölməməlidirlər ki, bu ya yaxşı və yaxud pis terrordur. Terrorun elə bu gün belə vüsət almasının səbəbi sadaladıqlarım olub. Məsələn, vaxtilə bu gün terrordan əziyyət çəkən Avropa dövlətləri erməni terror təşkilatları ilə qeyri-rəsmi formada gizli müqavilə bağladılar ki, siz bizim ərazidə yerləşin, fəaliyyət göstərin amma bizə qarşı deyil, türklərə yönəlik nə istəyirsiniz edin".
Millət vəkili əlavə edib ki, bu gün həmin Avropa dövlətləri terrorun duzunu, şirinliyini, istiotunu çox gözəl görürlər və anlayırlar: "Azərbaycana qarşı terrorlar törədiləndə bəs dünya birliyi harda idi niyə gözü yumulmuşdu? Ermənilərin rəsmi qeydiyyatda olan 30-a yaxın terror təşkilatları var. Bunların hansına qarşı dünya birliyi və yaxud Avropa, Amerika hansısa iş görüb. Təbii ki, heçnə etməyib. Eləcə də müsəlman ölkələrində baş verən terrora qarşı Avropa, Amerika dünyaya səsini çıxarıb? Təbii ki, yox. Ancaq bu gün Avropa, ABŞ bütün dünyadan tələb edir ki, terrora qarşı bizimlə həmrəy olun və birgə mübarizə aparın. Pis çağırış deyil. Amma dünənə kimi onlar özləri bunu etməyiblər. İndi isə hamıdan bunu istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB