Çeçenistan prezidenti vəzifədən getmək istəyir

Çeçenistan prezidenti vəzifədən getmək istəyir

Rusiya Federasiyasının sərhədləri daxilində olan Çeçenistan Respublikasının lideri Ramzan Kadirov vəzifəsini sonlandırmaq istədiyini açıqlayıb. SİA-nın məlumatına görə, Rusiyanın "NTV" kanalına müsahibə verən Kadirov artıq vəzifə müddətini başa vurduğunu deyib.

Kadirov bildirib ki, artıq ölkə rəhbərliyi onun yerinə başqa birini seçməlidir: "Sözün düzü, mən öz işimi görə bilirəm və bu günə qədər bu işdə uğurlu olmuşam. Amma artıq vəzifə müddətim dolub. Komandamızda çoxlu sayda mütəxəssislərimiz və xələfimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə