Millət vəkili: "Prezidentin İrana səfəri hər iki dövlət üçün əhəmiyyətlidir” AÇIQLAMA
"Prezident İlham Əliyevin İrana səfəri hər iki dövlət üçün əhəmiyyətli və faydalıdır". Bunu SİA-ya açıqlmasında Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, dövlət başçısının İrana səfəri son iki il ərzində ikitərəfli görüşlərin məntiqli davamı olaraq, hər iki dövlətin maraqlarını əks etdirən gələcək əməkdaşlığın məqsəd və istiqamətlərinin müəyyən olunması ilə nəticələnib: "Səfər zamanı aparılan danışıqlar, ətraflı müzakirələr, 11 sazişin imzalanması ölkələr arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Bu sazişlər, müasir dövrdəki prosesləri nəzərə alsaq, iki dövlətin əməkdaşlığının intensivləşməsi, yeni iqtisadi imkanların açılması, əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini əhatə edir".
Millət vəkili bildirib ki, dövlət başçıları arasında aparılan danışıqlar, həmçinin bütün dünyanı narahat edən terrorizmə qarşı birgə mübarizə baxımından da çox əhəmiyyətli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB