"Rusiyanın Ermənistana silah-sursat verməsi Ermənistanla Azərbaycan arasında ağır olan vəziyyəti daha da gərginləşdirir. Təəssüf ki, Rusiyanın Ermənistana silah-sursat verməsi birinci hal deyil". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərov bildirib ki, Azərbaycan Rusiyadan Xarici İşlər Nazirliyinin notasına obyektiv cavab verilməsini gözləyir: "Hərhalda Ermənistanın indiki vəziyyətdə silahlandırılması və bundan əvvəl də Ermənistana Rusiya tərəfindən silah verilməsi Azərbaycanı narahat edir. Biz bunu düzgün addım hesab etmirik. İşğalçı dövlət olan Ermənistanın silahlandırılması vəziyyəti daha da gərginləşdirir".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB