Bosniya və Hersoqovinanın Rəyasət Həyətinin üzvü Mladen İvaniç martın 10-da Bakıya səfər edəcək. SİA-nın məlumatına görə, Mladen İvaniçin səfərinin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən martın 10-11-i tarixində keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etməkdir.
Xatırladaq ki, Forumun işində 50-dən çox ölkə sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Forumun gündəliyində dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər yer alır.
Qeyd edək ki, Bosniya və Hersoqovina Konstitusiyasının 5-ci maddəsinə əsasən prezidentlik funksiyasını Rəyasət Heyəti həyata keçirir. Rəyasət Heyətinin tərkibində olan üç nəfər üzv 4 il müddətinə seçilirlər və 8 aydan bir rotasiya qaydası ilə Rəyasət Heyətinə sədrlik edirlər. Mladen İvaniç 2014-2105-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB