"İslam koalisiyası Ermənistana təzyiq mexanizmi kimi işləyə bilər" AÇIQLAMA

"İslam koalisiyası Ermənistana təzyiq mexanizmi kimi işləyə bilər" AÇIQLAMA

"Azərbaycan hər zaman islam koalisiyasına qoşulmanın tərəfdarı olub". Bunu SİA-ya açıqlamasında ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 90-cı illərdə islam ölkələrinin vahid koalisiyasının yaradılması ilə bağlı müzakirələr gedirdi: "Bu ilk növbədə dünyada islama qarşı baş qaldıran islamafobiyaya ciddi zərbə vurmuş olar. Eyni zamanda islam ölkələrində son 5 ildə yaranmış anarxik siyasi vəziyyəti daha da cilovlamış olar. Aydın məsələdir ki, islam ölkələrində baş verən proseslər birbaşa Qərbdən və ABŞ tərəfindən idarə olunur. Eyni zamanda bu prosesləri islam dininin daha geniş coğrafiyada yayılmasının qarşısının alınması kimi də qiymətləndirmək olar. İstənilən halda hesab edirəm ki, islam ölkələrinin təbii resurslarının mənimsənilməsinə, talançılığına son qoymaq üçün koalisiyanın formalaşması qaçılmazdır. Azərbaycan isə sabit və güclü strateji tərəfdaş kimi bu proseslərdə daha aktiv rol oynacaq".

Bir məqama da xüsusi toxunmaq lazımdır ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Demək olar ki, bütün islam ölkələri Ermənistanın qeyri-şərtsiz Azərbaycan torpaqlarından çıxması ilə bağlı bəyanatlar veriblər. Bu mənada bu koalisiya həm də Ermənistana təzyiq mexanizmi kimi işləyə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə