"Azərbaycanın lobbiçilik siyasəti artıq öz uğurunu sübut edib". SİA xəbər verir ki, bu fikirləri beynəlxalq əlaqələr üzrə ekspert Toğrul Məmmədli Azərbaycanın yeritdiyi müstəqil daxili və xarici siyasətini, eyni zamanda ölkəmizin lobbiçilik strategiyasını şərh edərkən deyib:
O bildirib ki, bu gün coğrafi regionunun siyasi, həm də iqtisadi lideri olan Azərbaycan öz öz uğurlu lobbiçilik siyasəti ilə də seçilir: "Buna bir çox xarici ölkələrdə mövcud diasporalarımızı, xarici ölkələrin ali təhsil ocaqlarında "Azərbaycanşünaslıq" və "Azərbaycan multikulturalizmi" fakültələrinin açılmasını misal gətirmək olar"
Ekspert onu da əlavə etdi ki, Azərbaycan lobbiçiliyinin bir sıra siyasi uğurları da var: "Onlar arasında ölkəmizin 2011-ci ilin oktyabrında BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, bir neçə gün öncə AŞPA-da qəbul olunmuş "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi" adlı məruzəsini, davamlı şəkildə azərbaycanlıların Almaniya, Fransa, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin hökumət qurumlarına və dövlət orqanlarına üzv seçilmələrini xüsusi qeyd etmək olar".
Bu yaxınlarda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xətti ilə Romanda keçirilmiş tədbirdə, İtaliyada təhsil alan tələbələrimizdə görüşdə onlara çağırış etdim ki, onlar ölkəmizin lobbiçilik siyasətində yaxından iştirak etsinlər, fəal olsunlar. Ölkə başçısı, İlham Əliyevin söylədiyi nitqlərdən bir stitatı onların yadına saldım. Prezident vurğulamışdır ki, "xaricdə təhsil alan həmyerlilərimiz Azərbaycanın qeyri-rəsmi səfirləridir". Eyni zamanda İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrini bir daha qeyd etdim. Onlarla dövlət gənclər siyasətimizin uğur göstəricilərinin üç istiqaməti müzakirə etdik: 1) Tələbə-gənclərin xarici ölkələrdə dövlət hesabına təhsil almaları, 2) Azərbaycan gənclərinin idman sahəsindəki artan nailiyyətləri və 3) gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe tutmaları. Hər üç bənd ölkə Prezidentinin gənclərə yönələn davamlı və hərtərəfli dəstəyinin nümunəsidir. Bu üç istiqamətdə baş verən ciddi nailiyyətlər ölkənin davamlı inkişafına xidmət edir və onun lobbi siyasətini də inkişaf etdirir. Mən belə hesab edirəm ki, bu gün Azərbaycan reallıqlarını dünyaya çatdırmaq hər bir vətəndaşımızın borcudur.
Ekspert qeyd etdi ki, bu gün ölkədə fəal vətəndaş cəmiyyəti formalaşıb: "Vətəndaş cəmiyyətinin mühüm bir hissəsini tələbə-gənclər təşkil edir. Prezidentin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək nəticəsində tələbə-gənclər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan mədəniyyətinin təbliği, beynəlxalq tələbə hərəkatlarında təmsilçilik sahələrində artıq öz sözünü deyiblər. Son illərdə gənclərimizin səsi beynəlxalq forum və tədbirlərdən eşidilməkdədir. Avropada, ABŞ-da, Asiyada təhsil alan gənclərimizin Azərbaycanın təbliği, ərazilərimizin işğalına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki səyləri müsbət nəticələr verir. Bununla belə, biz hələ proseslərin başlanğıcındayıq. Fikrimcə, əldə etdiyimiz hər bir nəticəni daha da yaxşılaşdıra bilərik. Mən ölkə gəncliyinin buna qadir olduğuna inanıram. Dünya ölkələrində Azərbaycanı təmsil etməmiz yalnız qısamüddətli forum və tədbirlərdə iştirakla bitməməlidir. İnanıram ki, istedadlı gənclərimiz yaxın gələcəkdə BMT, Avropa Şurası, ATƏT və başqa beynəlxalq qurumlarda ölkəmizi təmsil etmə hüququ qazanacaq, beynəlxalq layihələrə rəhbərlik edəcəklər".
Sonda lobbiçilik siyasətimizin gələcək istiqamət və prespektivlərinə toxunan ekspert əlavə etdi ki, dövlətçilik tarixində Azərbaycan hər zaman çətin dövrlərdən uğurla keçib. Ulu öndər Heydər Əliyev kimi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qarmaqarışıqlı 90-cı illərdən keçərək bu günkü inkişaf dönəminə qədəm qoya bilib. 2016-cı il ölkəmiz üçün beynəlxalq arenada yeni siyasi, iqtisadi, təhsil və digər əlaqələrin genişlənməsi ilə yadda qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB