Aydın Mirzəzadə “Səs” qəzetinin kollektivini təbrik edib AÇIQLAMA

Aydın Mirzəzadə “Səs” qəzetinin kollektivini təbrik edib AÇIQLAMA

"Bu gün "Səs" qəzetinin 25 yaşı tamam olur. Qəzetin ilk nömrələrindən Azərbaycan xalqının dahi oğlu Heydər Əliyev siyasətinə verdiyi yüksək qiymət, vətənpərvərliyi, Yeni Azərbaycan uğrunda mübarizliyi cəmiyyətin, ziyalıların, gənclərin diqqətini cəlb etdi. Çətinliklərə və basqılara baxmayaraq, qəzet və onun fədakar yazarları Azərbaycanda gedən proseslərə hər zaman düzgün qiymət verməyi bacardılar". SİA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, tarixi 15 iyun 1993-cü il hadisəsindən sonra bu günə qədər qəzet öz novatorluğunu, inkişafın dinamikasını nümayiş etdirməyi bacarıqla ortaya qoyur: "Qəzet yeni dövlət quruculuğunu, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artırılmasını, dövrün çağırışlarına uğurla cavab verilməsini operativ şəkildə çatdıra bilir. "Səs" Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəqilliyimizin möhkəmlənməsi uğunda apardığı gərgin və uğurlu əməyini daima düzgün qiymətləndirə və onu cəmiyyətə çatdıra bilir".

O əlavə edib ki, "Səs" bu gün hər bir azərbaycanlının dostu, həmsöhbəti və ümumi mübarizədə dəstəyidir: "Bu işdə onun tanınan imzaları olan jurnalist kollektivinin böyük əməyi vardır. Artıq "Səs" medianın bütün sahələri ilə görüşümüzə gələn böyük bir kollektivdir. Dostumuzu və inamımız olan "Səs" qəzetinin kollektivini yubiley münasibəti ilə ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirəm. Qəzet arxivimdən "Səs"qəzetində Ulu Öndər Heydər Əliyevin Azərbaycan ziyalılarının müraciətinə cavabı dərc olunan nüsxəsini tapıb onu dostlarımla bölüşmək istədim".

Bütün xəbərlər Facebook səhifəmizdə