Latviya prezidenti başsağlığı verdi

Latviya prezidenti başsağlığı verdi

Latviya Respublikasının prezidenti Raymonds Veyonis Azərbaycanın Dövlət başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Günəşli" neft yatağındakı platformada dəhşətli yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar Sizə və bütün Azərbaycan xalqına Latviya xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Bizim ürəklərimiz həlak olan insanların ailələri ilə birlikdədir və xəsarət alanların tez bir zamanda sağalmasını arzu edirik.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə