Gənc əməkdaşların andiçmə mərasimi keçirilib

Gənc əməkdaşların andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, xidmət rəhbərliyi tərəfindən Penitensiar xidmətdə qulluğun xüsusiyyətləri gənclərə izah edilib, ədliyyə əməkdaşı olaraq öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq, humanizm, qərəzsizlik prinsiplərinə riayət etməklə dövlətə və xalqa sadaqətlə xidmət etmək tövsiyə olunub.

Gənc əməkdaşlar Penitensiar xidmətin Tarix muzeyində xidmətin fəaliyyətinə aid eksponatlarla və Heydər Əliyev guşəsində ümummilli liderin həyat və fəaliyyətini, onun müasir Azərbaycanın inkişafı uğrunda əldə etdiyi nailiyyətləri əks etdirən fotoşəkillərlə tanış olublar.

Tədbirin sonunda gənc əməkdaşlara xidməti vəsiqələr təqdim edilib və narmobile operatoruna məxsus mobil telefon nömrələri hədiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə