YAP rəhbərliyi Fəxri xiyabanda olub

YAP rəhbərliyi Fəxri xiyabanda olub

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 23-cü ildönümü münasibətilə partiyanın İcra katibliyi, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın məlumatına görə, YAP üzvləri Ulu Öndərin məzarı önünə əklil qoyublar.

Daha sonra ziyarətçilər akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər, xatirəsini anıblar.

Mərasimdə, həmçinin millət vəkilləri, ictimaiyyət nümayəndələri və YAP-ın gənc üzvləri iştirak ediblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının əsası 1992-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 2003-cü ildən bəri partiyanın sədri İlham Əliyevdir. Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev 2003-cü və 2008-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində qalib olub. 2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə partiya 125 mandatdan 72-sinə sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə