Elçin Mirzəbəyli: "Bunlara dur deməyi bacarmalıyıq"

Elçin Mirzəbəyli: "Bunlara dur deməyi bacarmalıyıq"

"Dəqiqləşdirilməmiş, şantaj xarakterli məlumatlar yayan saytın əməlində cinayət əməli varsa, ona qarşı hüquqi addımlar atılmalıdır. İnsanların üzərinə tək-tək getmək lazım deyil. Onların üzərinə kütləvi şəkildə getmək lazımdır". SİA xəbər verir ki, bu fikirləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu günə qədər qrupların əməlinə diqqət yetirilməməsi onların himayə olunmasından irəli gəlib: "Yəni, təsadüfi deyillər. Belə saytların nüfuzlu şəxsləri necə şantaj etdiyinin şəxsən şahidi olmuşam. Hətta özümə qarşı olub. Total şəkildə dövlətçilik mövqeyi ortaya qoyulmalıdır. Bu hal dövlətə və xalqa ziyan gətirirsə, ona dur deməyi bacarmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə