Çingiz Qənizadə: “Gərək biz də Ermənistanın 5-10 əgərini girov götürək" AÇIQLAMA
"Ermənistan tərəfinin azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovu hələ də geri qaytarmamasının səbəbləri dəqiq bilinmir. Yəqin ki, Azərbaycan tərəfinə keçən mülki erməni vətəndaşının Ermənistana qaytarılması məsələsində də rəsmi Bakı hansısa məqamları ölçüb-biçib". Bunu SİA-ya qeydə alınmış millət vəkili Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın mülki erməni vətəndaşının Ermənistana qaytarılması istiqamətində atdığı bu addım hansısa bir məqsədə xidmət edir: "Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda olması, Rusiya prezidenti Vladimir Putinin Ermənistan və Azərbaycanla bağlı müəyyən addımlar atılması ehtimalının mətbuatda işıqlandırılması bəlkə də bir jestdir və tezliklə biz bunun nəticəsini görəcəyik. Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun geri qaytarılması üçün gərək biz də Ermənistanın 5-10 əgərini girov götürək. Hesab edirəm ki, bundan sonra danışıqlara başlamalıyıq. Əgər Azərbaycan dövləti mülki erməni qadın vətəndaşının Ermənistana qaytarılmasına razılıq veribsə, deməli bu belə məsləhət imiş".
Qeyd edək ki, beynəlxalq sərhəddi 8 noyabr 2015-ci il tarixdə keçən mülki erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb. Təhvilvermə Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə gerçəkləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB