Tamerlan Vahabov: “Terror təşkilatı təhlükəsizliyə olan bir təhdiddir" AÇIQLAMA

Tamerlan Vahabov: “Terror təşkilatı təhlükəsizliyə olan bir təhdiddir" AÇIQLAMA

"Təbii ki, hər hansı bir ölkənin vətəndaşı dünya ölkələri tərəfindən pislənən terror təşkilatının tərkibində döyüşlərdə iştirak edirsə, bu, qəbuledilməz bir məsələdir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov İranın Suriyada döyüşənləri vətən xaini elan edəcəyi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hansısa ölkədən asılı olmayaraq – İran və yaxud digər dövlət olsun bu pislənilir və pislənilməlidir də. Mən bunu məntiqi bir addım kimi qəbul edirəm: "Təbii ki, hər bir ölkə hansısa addımı atırsa, onun orada müəyyən mənada maraqları var. İran İslam Respublikası da bu sıradadır. Bu ölkənin vətəndaşlarının terror təşkilatında iştirakına gəldiksə isə deyə bilərəm ki, burada ümumi təməl və səbəblər var. Yəni təhlükəsizlik bütün ölkələr üçün vacibdir. Terror təşkilatı da təhlükəsizliyə olan bir təhdiddir. Ona görə də bu İranın digər ölkələrdə olduğu kimi təməl hesablamasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə