"Seçkilər müasir vəziyyətinə çatanadək uzun bir inkişaf yolu keçib. İnsanlar toplumu ən qədim zamanlardan dərk edib və qəbul edib ki, dövləti idarəedən şəxslərin müəyyən edilməsinin ən ideal yolu məhz seçkilərdir". Bunu SİA-ya Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev deyib.
Sədrin sözlərinə görə, 2015-ci il 1 noyabr tarixdə ölkəmizdə mühüm siyasi kompaniyalardan biri növbəti - beşinci çağırış Milli Məclisə seçkilər keçirilib: "Əlbəttə, əhalinin digər qrupları kimi gənclər Milli Məclisə seçkilərdə yaxından iştirak edib. Nəzərə alsaq ki, ölkəmizdə yaşayan gənclərin sayı kifayət qədərdir, onda gənclərin seçki prosesində yaxından iştirakının əhəmiyyətini də qiymətləndirə bilərik. Mən deyərdim ki gənclər seçki prosesinin mərkəzində duran qruplardandır. Çünki onlar təkcə seçmək və seçilmək hüququna malik deyillər. Gənclər həmçinin namizədlərin irəli sürülməsində, seçkiqabağı təşviqatda, seçki komissiyalarının işində, seçkilərin keçirilməsinin müşahidəsində, exit – poll fəaliyyətində, səsvermədə, digər seçki hərəkətlərinin həyata keçirilməsində iştirak ediblər. Elə gənclər var idi ki, ilk dəfə seçkilərdə, eləcə də ilk dəfə parlament seçkilərində iştirak edirdilər, onlar üçün bu seçkilərin həm də rəmzi mənası da var idi".
N.Mehdiyev bildirib ki, ölkə əhalisinin 28,1 faizini gənclər (14-29 yaşlı şəxslər) təşkil edir: "Azərbaycanda seçicilərin sayı 5 milyon insandan çoxdur. Bunlardan 1 327 854 nəfər yaşı 18 -29 olandır yəni gənclərdir. Bunun 698 656 nəfəri kişi, 629 198 nəfəri qadındır. Bu isə ümumi seçicilərin təxminən 26 % - i edir. Gənc seçicilərin 63 555 nəfəri ilk dəfə səs verən yaşı 18 olan gənclər olub. Bu isə ümumi seçici sayının 1,3 % - ni təşkil edir. Bu rəqəmlər özü bir daha sübut edir ki, Azərbaycan gəncliyi dövlət və ictimai həyatda nə qədər böyük qüvvədir. Dövlətin gənclər siyasətinin qarşısında duran əsas vəzifələrdən biri də bu qüvvəni fiziki, mənəvi, intellektual baxımdan daha da yetkin etməkdən, ictimai proseslərə, dövlət idarəetməsinə daha yaxından inteqrasiya etdirməkdən ibarətdir".
O qeyd edib ki, namizədliyi qeydə alınmış şəxslərdən 42 nəfəri 25-19 yaşda olan gənclər idi: "Əlbəttə seçki yarışında onlardan bəziləri Milli Məclisə seçildi. Bəziləri üçün isə bu böyük təcrübə oldu. Bütün bunlar nəyi göstərir? Birincisi Azərbaycandan seçki qanunvericililiyi cəmiyyətin bütün təbəqələrinin, o cümlədən gənclərin seçkilərdə həm seçici kimi, həm də namizəd kimi iştirakına şərait yaradır. Digər tərəfdən bu Dövlətin gənclərə hər zaman inamını ifadə edir, eyni zamanda Azərbaycanın gələcəyi üçün ictimai – siyasi cəhətdən yetkin, milli kadrların hazırlanmasına şərait yaradır".
Şura sədri əlavə edib ki, ötən seçkilər cəmiyyətdə hər bir fərdin, o cümlədən gənclərin siyasi aktivliyinin artmasına kömək edir: "Milli Məclisə keçirilən seçkilərlə əlaqədar gənclərin maarifləndirilməsinə, onların nəzəri və praktiki biliklərinin artırılmasına nail olmaq istiqamətində də addımlar atılıb. Burada müxtəlif gənclər təşkilatları da bir sıra layihələr həyata keçiriblər. Bu baxımdan da gənclərin seçkidə iştirak səviyyəsi yüksək olub. Halbu ki bu gün dünyanın müxtəlif ölkələrində gənclər arasında seçki prosesinə laqeydlik hökm sürür. Aparılan müxtəlif sosial tədqiqatlar da sübut edir ki, bir sıra Avropa ölkələrində, ABŞ – da son 10 il ərzində gənclərin seçki prosesində iştirakı aşağı düşüb. Azərbaycanda isə əksinə gənclər seçki prosesində aktiv oldular. Bu fonda Azərbaycanda gənclərin seçki prosesində aktiv iştirakı onların ölkəmizdə aparılan müsbət işlərə verdiyi müsbət reaksiyadır, onların öz ölkələrinin taleyinə biganə qalmamasının göstəricisidir. Bu isə fəal vətəndaşlıq nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB