Tural Abbaslı Arif Hacılını İSTEFAYA ÇAĞIRDI

“Partiya əqidəsi bir qurultay qərarına və ya bir möhürə görə ölçülmür”
Tural Abbaslı Arif Hacılını İSTEFAYA ÇAĞIRDI

"Müsavatın bu günkü rəhbərliyinin mənə münasibəti mənim üçün qətiyyən maraqlı deyil. Mənim üçün daha çox fədakar, gənc müsavatçıların mövqeyi maraqlıdır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı deyib.

Tural Abbaslı qeyd edib ki, bu günə qədər Müsavat adına xələl gətirən heç bir addım atmamışam: "Əksinə bizim Müsavat üçün kim olduğumuzu hər kəs gözəl bilir. Əslində Müsavatın bu günkü həvəskar və səriştəsiz rəhbərliyi partiyanı gətirdikləri bu acınacaqlı vəziyyətdən utanmalı və dərhal istefa verməlidir. Bunu onlardan həm siyasi etika, həm də mənəvi siyasi dəyərlər tələb edir. Mənim adımın partiyanın siyahısından çıxarılması və saxlanması müsavatçılığımı dəyişmir və dəyişməyəcək. Partiya əqidəsi bir qurultay qərarına və ya bir möhürə görə ölçülmür. Odur ki, partiya rəhbərinə məsləhət görərdim ki, partiyadaxili rəqiblərdən qurtulmaq üçün sərf etdiyi enerjinin bir faizini partiyanı gücləndirməyə yönəltsin. Bəlkə bununla adının partiya tarixinə ən uğursuz və zəif başqan kimi düşməsinə imkan yaratmaya bilər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə