Rasim Musabəyov: "Rusiya başa düşür ki, gücü o qədər böyük deyil" AÇIQLAMA

Rasim Musabəyov: "Rusiya başa düşür ki, gücü o qədər böyük deyil" AÇIQLAMA

"Əfqanıstan vaxtilə Sovetlər Birliyi ilə həmsərhəd ölkə idi. Buna baxmayaraq, yənə də Rusiya çox böyük çətinliklərlə oradan çəkilmək məcburiyyətində qaldı". Bu sözləri SİA-ya açıqlamasında yenidən millət vəkili seçilmiş, politoloq Rasim Musabəyov deyib. O, Rusiyanın Əfqanıstanda yaşadığı problemlərlə Suriyada qarşılaşıb-qarşılaşmayacağını belə şərh edib: "Suriyada kommunikasiya əlaqələri yoxdur. Rusiya orada çox cüzi qüvvə ilə iştirak edir. İranla birlikdə onlar bir müddət Əsədi saxlaya bilərlər, ancaq düşünürəm ki, böyük uğur qazanmaq imkanında deyillər. Rusiya da başa düşür ki, onların gücü o qədər böyük deyil ki, uzunmüdətli şəkildə bataqlığa girsin, oradan minlərlə meyitlər gəlsin, xərc tələb olunsun. Düşünürəm ki, Rusiya buna dözmək iqtidarında deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə