"Rusiya bu məsələdə qərarsızdır" Açıqlama

"Rusiya bu məsələdə qərarsızdır" Açıqlama

"Bu Rusiyaya qarşı olan müəyyən qruplaşmaların aksiyası ola bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov deyib.

O, bu yaxınlarda Rusiyaya məxsus sərnişin təyyarəsinin Misirin Sina yarımadasında qəzaya uğramasını şərh edib.

Politoloqun sözlərinə görə, Rusiya hazırda özü də məsələyə aydınlıq gətirməyə çalışır: "Rusiya təyyarənin qəzaya uğrama səbəbləri ilə bağlı tədqiqat işləri və istintaq aparır. Hələ onlar da söhbətin nədən getdiyini bilmirlər.

Təyyarənin qəzaya uğrama səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Birinci səbəblərə kimi texniki nasazlıq, ekipaj səhvləri, təyyarənin daxilində partlayışın olmasını misal göstərə bilərik. Yəni ilkin iki-üç səbəb bunlar hesab olunur. Amma bu versiyalar arasında ən düzgün olanını tapmaq müəyyən vaxt tələb edəcək".

Daha əvvəl mətbuat konfransında çıxış edən Kreml sözçüsü Dmitri Peskov hadisənin terror aktı ilə və xüsusilə də Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlarla heç bir əlaqəsinin olmadığını bildirib.

Fikrət Sadıqovun fikrincə, təyyarənin terror aktının qurbanı olmasını heç kəs inkar edə bilməz, bu vəziyyətdə heç bir hal danılmazdır: "Bu Rusiyaya qarşı olan müəyyən qruplaşmaların da aksiyası ola bilər. Yəni bu məsələdə terror aktı ünsürünün olması danılmazdır. Təbii ki, bunu hələlik dəqiq demək mümkün olmayacaq. İlkin nəticələri istintaq haqda olan hesabatdan əldə edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə