Alpay Əhmədov: “Anoloji reaksiya olacaq və lazımi tədbir görüləcək” AÇIQLAMA
"Ümumiyyətlə nəinki Rusiyanın, İranın xarici şirkətləri Dağlıq Qarabağda fəaliyyət göstərir, eləcə də son 10-15 ildə bu kimi hadisələr çox olub". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov deyib.
Politoloqun sözlərinə görə, vaxtilə Hindistan dövlətinin, eləcə də digər ölkələrin "Mobil" şirkətləri öz nümayəndəliklərini Dağlıq Qarabağda açmışdı: "Təbii ki, Azərbaycan bu məsələyə kifayət qədər operativ və effektiv reaksiya göstərir. Amma təəssüflər olsun ki, bunun nəticəsi hələ ki passiv olaraq qalır. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi notalardan sonra Hindistanın, həmçinin digər ölkələrin "Mobil" şirkətləri DQ-da açdığı nümayəndəliklərinin fəaliyyətini dayandırıb. Ümid etmək olar ki, bəzi Rusiyanın, İranın xarici şirkətlərinə qarşı da anoloji reaksiya olacaq və lazımi tədbir görüləcək. Hesab edirəm ki, Azərbaycan öz ərazi suverenliyini və bütövlüyünü bərpa etməyincə buna son qoymaq mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB