Lordlar Palatasının üzvü: "Qanun pozuntusu müşahidə etmədik"

Böyük Britaniya Parlamenti Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda Baronessa Detta Okateyn bildirib ki, seçki prosesində hər şey nizam-intizamla keçirildi: "Londonda insanlar seçki məntəqələrinin yanına yığılır. Burada da insanlar qayda-qanunla gəlib səs verirdilər: Biz 6 seçki dairəsində olduq. Bütün seçki prosesi çox yaxşı baş tutdu. Vətəndaşlar seçkidə fəal iştirak edirdilər. Hər hansı qanun pozuntusu müşahidə etmədik".

Lord-Deyvid Evans da seçkilərin tam şəffaf keçirildiyini vurğulayıb: "Nəzərinizə çatdıraq ki, seçki prosesi təhlükəsiz şəkildə, heç bir problem olmadan baş tutdu. Buna görə Azərbaycan xalqını təbrik edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə