Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzində komissiya sədri Məzahir Pənahov ölkəmizdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə 5-ci çağırış seçkilərin son nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
SİA-nın xəbərinə görə, o bildirib ki, ümumi göstəricilər odur ki, namizədlərin 21-i qadın, 104 nəfəri kişidir: "Qadınların bizim ictimai həyatımızdakı rolu bu rəqəmlərdən yüksəkdir. 69 nəfər Yeni Azərbaycan Partiyasının nümayəndəsidir. Lider namizədlər arasında 124 ali təhsilli nümayəndə var. Biz bu və ya digər xoşagəlməz hallarla bağlı müşahidəçilərin bizə məlumat verməsini xahiş edirik. Parlament seçkilərində səsvermənin nəticələrinə əsasən liderlik edən namizədlərin bir hissəsi 10 siyasi partiyanın nümayəndəsidir".
MSK sədri deyib ki, seçkilərə kölgə sala biləcək müraciət daxil olmayıb: "Hələ ki, bir müraciət daxil olub, ona da bu gün baxılacaq. 35 saylı Xətai Üçüncü Seçki dairəsində və 95 saylı Tərtər Seçki dairəsindəki baş verənlər istisna olmaqla, seçki prosesi tam normal keçirilib. Beynəlxalq təşkilatların nümayəndələri də səsvermə prosesini izləyiblər. Burada əsas Azərbaycan ictimaiyyətinin rəyidir, onlar razı qalıblarsa, deməli, seçki normal keçirilib".
.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB