Ədalət və İnkişaf Partiyası seçki zəfərini qeyd edir Türkiyə

Ədalət və İnkişaf Partiyası seçki zəfərini qeyd edir Türkiyə

Ədalət və İnkişaf Partiyası (AKP) seçki zəfərini qeyd edir. Türkiyə Böyük Millət Məclisinə növbədənkənar seçkilərdə səslərin 97 faizi sayıldıqdan sonra AKP 49,39 faizlə irəlidə gedir. Beləliklə, bu partiya yeni parlamentdə 316 deputat yeri qazanaraq təkbaşına hökumət qurmaq imkanı əldə edib.

Cümhuriyyət Xalq Partiyası səslərin (CHP) 25,3 faizini (134 yer), Millətçi Hərəkat Partiyası (MHP) səslərin 11,9 faizini (41 yer), Xalqların Demokratik Partiyası (HDP) isə səslərin 10,5 faizini (59 yer) toplayıb.

Xatırladaq ki, iyunun 7-də keçirilmiş parlament seçkilərində AKP 258, CHP 132, MHP və HDP isə 80 mandata sahib olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə