Rüfət Gülməmmədov: "2230750 nəfər səsvermədə iştirak edib" YENİLƏNİB
Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 15:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 15:00-dək seçicilərin 2230750 nəfəri səsvermədə iştirak edib.
Mərkəz rəhbərinin sözlərinə görə, saat 15:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 42,9 faiz təşkil edib: "Ən fəal seçki dairəsi 14 Saylı Xəzər Seçki dairəsidir ki, 33727 nəfər seçici səsverib. Bu da 69,7 faiz təşkil edir. Ən passiv ərazi 32 Saylı Suraxanı üçüncü Seçki dairəsidir. Burada 10769 nəfər seçici səsverib ki, bu da 27.1% deməkdir".
R. Gülməmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında 54,9 faiz, Bakıda 40,5 faiz, digər regionlar isə 42,9 faiz təşkil edir: "Ölkə üzrə seçici fəallığı 42,9 faiz təşkil edir".
Qeyd edək ki, səsvermənin başlandığı saatdan indiyə qədər Mərkəzi Seçki Komissiyasının 115 nömrəli "qaynar xətt"inə ümumi 58 müraciət daxil olub. Həmin müraciətlər seçki məntəqələrinin ünvanlarının öyrənilməsi üçün edilib. Hazırda qanun pozuntuları ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB