"Ən fəal seçki dairəsi 1 SayIı Şərur-Sədərək Seçki dairəsidir" YENİLƏNİB

"Ən fəal seçki dairəsi 1 SayIı Şərur-Sədərək Seçki dairəsidir" YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 12:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 12:00-dək seçicilərin 1468205 nəfəri səsvermədə iştirak edib.

Mərkəz rəhbərinin sözlərinə görə, saat 12:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 28,2 faiz təşkil edib: "Ən fəal seçki dairəsi 1 SayIı Şərur-Sədərək Seçki dairəsidir ki, 18180 nəfər seçici səsverib. Bu da 47.3% təşkil edir. Ən passiv ərazi 47 Saylı Mingəçevir Seçki dairəsidir ki, iki saat ərzində cəmi 18,1 faiz seçici səs verib.

O əlavə edib ki, bundan başqa Naxçıvanda 41.1 faiz, Bakıda 26.4 faiz, digər regionlar isə 27.9 faiz təşkil edir: "Ölkə üzrə seçici fəallığı 28,2 faiz təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə