Noyabrın 1-i səhər saat 8-də şimal bölgəsindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə uğurla start verilib. SİA-nın məlumatına görə, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda qeydə alınan seçicilərin sayı 278 min 72 nəfərdir. Onlardan 2 min 894 nəfəri ilk dəfə səs verən gənclərdir. Bu bölgənin ən yaşlı seçicisi isə 109 yaşlı Kübra Qasımovadır.
Şimal regionunda seçki prosesini 4 min 342 yerli və xarici müşahidəçi izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB