Əli Əhmədov MDB PA-nın Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb YENİLƏNİR

Əli Əhmədov MDB PA-nın Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb YENİLƏNİR

Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov YAP-ın Mərkəzi Qərargahında ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Parlament Assambleyasının (PA) Beynəlxalq Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı, qarşı tərəfdən isə MDB PA-nın müşahidə missiyasının üzvü Oleq Lebedev, Tacikistandan, Qırğızıstandan, Qazaxıstandan, Belarusdan olan nümayəndə heyəti iştirak edib.

Görüşdə sabah Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilər, ölkələrarası əlaqələr, əməkdaşlıq məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə