MDB hökumət başçıları Şurasının iclası başlayıb

MDB hökumət başçıları Şurasının iclası başlayıb

Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçılarının toplantısı başlayıb. SİA xarici mətbuata istinadən verir ki, iclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

Məlumata görə, toplantıda Rusiyanın baş naziri Dmitri Medvedev, Ukraynanın Tacikistandakı səfiri Viktor Nikityuk da yığıncaqda itşirak edirlər.

Qeyd edək ki, MDB hökumət başçıları Şurasının iclasında 40 sənədə baxılması nəzərdə tutulub, gündəliyə daxil edilən hər dörd sənəddən biri iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə yönəlib.

İclasda MDB-nin 25 illiyinə həsr olunmuş "Tədbirlər planı"nın təsdiq olunması da gözlənilir. Həmçinin MDB çərçivəsində əvvəllər qəbul olunmuş bir sıra beynəlxalq müqavilələrə onların aktuallaşdırılması məqsədi ilə dəyişikliklər ediləcək.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə