18 oktyabr dövlət müstəqilliyinin bərpası günü münasibətilə YAP Nəsimi rayon təşkilatı və gənclər birliyi tərəfindən "Müstəqilliyimiz, gənclərimiz və gələcəyimiz" naminə ənənəvi olaraq oktyabr ayında təşkil olunan "Tələbə ayı"nın bağlanışına həsr edilmiş yekun tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Azərbaycan gənclərinin dövlət müstəqilliyi və milli dövlətçiliyin güclənməsində və möhkəmlənməsində rolunun əhəmiyyətini vurğulayaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin dövlət başçısı Cənab İlham Əliyev tərəfindən gündən-günə daha sürətlə inkişaf etdirildiyini bildirdi: "Hazırda Azərbaycan gənci öz bacarıq və qabiliyyətləri, imkanlarilə dünya ictimaiyyətinin diqqətini özünə çəkə bilmişdir. Prezidentimiz Cənab İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramları gənclərin ən müxtəlif istiqamətlərdə məşğulluğunun gücləndirilməsinə, onların sosial cəhətdən daha yaxşı yaşaması üçün tədbirlərin görülməsinə imkan yaratmışdır".
Məlahət İbrahimqızı gənc istedadların aşkar edilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraiti qeyd edərək, onların dövlət qayğısilə əhatə olunduğunu bildirdi: "Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir, bu partiyanın böyük əksəriyyəti də gənclərdir".
Sonra o, keçirilən aylıq çərçivəsində rayon gənclər birliyinin təşəbbüsünü yüksək qiymətləndirərək, "Tələbə ayı" çərçivəsində keçirilən Futsal Dostluq Yarışmasının qaliblərinə və YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi işlərdə fəallıq göstərən gənclərə hədiyyələr təqdim etdi.
Tədbirin gənclərin özfəaliyyət dərnəklərinin və rəqs ansambllarının iştirakilə əyləncəvi proqramla davam etdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB