"ATƏT-in Minsk qrupunun verdiyi bəyanatdan məlum oldu ki, regiona səfərlərinin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməkdir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.
Politoloq qeyd edib ki, onlar artıq görüşün prinsip etibarı ilə mümkün olduğu haqqında ilkin fikirlər səsləndiriblər: "Amma keçiriləcək görüşün nəticələrinə gəlincə nikbin olmaq üçün heç bir əsas yoxdur. Cənab prezident həmsədrlərlə görüşdə qeyd edib ki, keçən ilin oktyabr ayında Parisdə görüşdən iki həftə keçməmiş Ermənistan təxribata əl atdı, Azərbaycan tərəfinə helikopter avantürasını həyata keçirdi. Ölkə Prezidenti Ermənistanın azğınlaşaraq hətta mülki əhalini belə hədəf seçdiyini, onların bu hərəkətlərinə isə həmsədrlərin adekvat reaksiya vermədiklərini diqqətə çatdırıb. Bu reallığı görən, cəzasını almayan Serj Sarkisyan növbəti sərsəm bəyanatlarla çıxış edir, Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu deyir. Hətta Ermənistanın öz rəsmi mövqeyinə görə bu belə deyil. Bütün bunlar ATƏT-in fəaliyyətinin "nəticəsidir". Bu bir reallıqdır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunu narahat edən əsas məsələ odur ki, hadisələr bu cür cərəyan edərsə, münaqişə növbəti dəfə müharibəyə çevrilə bilər. Hər dəfə prezidentlərin görüşünü təşkil edəndən sonra bir müddət Ermənistan-Azərbaycan sərhəddində, təmas xəttində sabitlik, sakitlik pozulur. Onlar sabitliyin, sakitliyin bərpasına nail olmaq istəyirlər. Ona görə prezidentlərin görüşü baş tutarsa, ciddi nəticə gözləmək üçün heç bir əsas yoxdur".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB