ADR-dən Müsavatın mitinqinə münasibət YAZIQLAR OLSUN

Səxavət Əlisoy: “Müsavatda Hacılı və ona züytutanlardan savayı kimsə qalmayıb”
ADR-dən Müsavatın mitinqinə münasibət YAZIQLAR OLSUN

"Müsavatın keçirdiyi mitinq barədə danışmaq gülüncdür. Müsavat saxtakar Arif Hacılı tərəfindən ələ keçirildikdən sonra bitib". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Səxavət Əlisoy Müsavat Partiyasının bu günlərdə keçirdiyi mitinqə münasibətini bildirərkən deyib.

Səxavət Əlisoy qeyd edib ki, Hacılının məclisinin, divanının üzvlərinin, müavinlərinin, müşavirlərinin, departament rəhbərlərinin sayı 200-dən yuxarıdır: "Təsəvvür edin ki, onun da hər biri özü ilə 3 adamla gəlsəydi, heç olmasa, utancgətirici mənzərə alınmazdı. Görünən odur ki, o partiyada Hacılı və ona züytutanlardan savayı kimsə qalmayıb. Müsavatı bu günə qoyan adamlara yazıqlar olsun".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə