Azərbaycandakı Türkiyə vətəndaşları təkrar parlament seçkilərində səs verməyə başlayıblar. SİA-nın məlumatına görə, Türkiyə vətəndaşları qardaş ölkənin Bakıdakı səfirlyində səs verirlər. Bundan başqa, təkrar parlament seçkilərində İran, Albaniya, Bəhreyn, Çin, Livan və Gürcüstanda olan Türkiyə vətəndaşları da iştirak edirlər.
Təkrar parlament seçkiləri Türkiyədə noyabrın 1-də keçiriləcək.
Xatırladaq ki, Türkiyədə bu il iyunun 7-də parlament seçkiləri keçirilib və bu seçkilərdə 20 siyasi partiya iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB